“İkinci Qarabağ müharibəsini müsəlman-xristian savaşı kimi qələmə verdilər. Bu, çox böyük bir səhvdir”.
“Report”un xəbərinə görə, bunu Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brün Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində baş tutan “Fransada anti-müsəlman siyasəti: İslamofobiyanın normallaşdırılması” adlı paneldə çıxışında deyib.
O xatırladıb ki, Azərbaycan dünyəvi dövlətdir və dinlər arasında fərq qoymur.
Jan Mişel Brün söyləyib ki, müsəlmanları Fransanın bütövlüyünə təhlükə kimi qələmə verirlər.