Frits Ştuxlik “Legiya”nın oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuchlik UEFA-dan yeni təyinat alıb.

QİA.AZ xəbər verir ki, avstriyalı funksioner Polşanın “Legiya” və Norveçin “Budo Qlimt” komandaları arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma iyulun 14-də Varşavada keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisinin futbolçusu Mahir Emreli bu yay “Legiya” ilə 3+1 illik müqavilə imzalayıb.

Oxşar Xəbərlər