FTB Yeni Orleanda 10 nəfərin ölümünə, 35 nəfərin yaralanmasına səbəb olan hadisəni terror aktı kimi araşdırır

ABŞ-ın Yeni Orlean şəhərində yük maşınını Yeni ilin gəlişini qeyd edən insanlara doğru sürən şəxs zərərsizləşdirilib.

AZƏRTAC-ın məlumatına görə, bunu Federal Təhqiqatlar Bürosu (FTB) açıqlayıb. FTB hadisəni “terror aktı” kimi araşdırır. 

Mənbə “Fox News”a bildirib ki, şübhəlinin istifadə etdiyi yük maşını noyabr ayında Texas ştatının “Eagle Pass” məntəqəsi vasitəsilə sərhədi keçib.

Qeyd edək ki, avtomobilin insan izdihamının üzərinə sürülməsi nəticəsində azı 10 nəfər ölüb, yaralıların sayı 35-ə çatıb.

Oxşar Xəbərlər