Full kontakt və kyokuşin karate üzrə Azərbaycan çempionatı keçirilib – FOTO

Mar31,2024

Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən full kontakt karate və kyokuşin karate növləri üzrə 25-ci açıq respublika birinciliyi və çempionatı keçirilib.

AKF-dən verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmov və digər rəsmi şəxslər iştirak ediblər.

Yarışın açılış mərasimində son bir il ərzində fərqlənən məşqçi və hakimlər təltif olunublar.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışda paytaxtla yanaşı, bölgələrdən 250-dən çox idmançı mübarizə aparıb. Qaliblər 48 dəst medal uğrunda qüvvələrini sınayıblar.

Oxşar Xəbərlər