Futbol üzrə Almaniya millisinin yeni kapitanı bəlli olub

“Bavariya” klubunun yarımmüdafiəçisi Yozua Kimmix Almaniya millisinin yeni kapitanı təyin olunub.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, 29 yaşlı futbolçu kapitan sarğısını avqustda yığmadan ayrılacağını açıqlayan İlkay Gündoğandan alıb.

Vitse-kapitanlar isə “Real Madrid”in (İspaniya) müdafiəçisi Antonio Rudiger və “Arsenal”ın (İngiltərə) yarımmüdafiəçisi Kai Havertz olacaq.

2016-cı ildən Bundestimin formasını geyinən Y.Kimmix 91 oyunda iştirak edib.

Xatırladaq ki, Almaniya UEFA Millətlər Liqası çərçivəsində növbəti matçını sentyabrın 7-də Macarıstana qarşı keçirəcək.

Oxşar Xəbərlər