Futzal çempionatında transfer dönəminin vaxtı bəlli olub

İyn15,2021

Futzal üzrə Azərbaycan Yüksək Liqasında transfer pəncərəsinin vaxtı açıqlanıb.

Federasiyadan “QİA.AZ“a verilən məlumata görə, komandalar oyunçuların transferini və qeydiyyatını iyulun 5-dən sentyabrın 22-dək həyata keçirə bilərcəklər.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbinə uyğun olaraq yalnız 18 yaşdan yuxarı vətəndaşlar COVID pasportunu (vaksinasiya sertifikatı, xəstələnib sağalmış şəxslər üçün immunitet sertifikatı) göstərməklə idman zallarında məşq edə və ya oyun keçirə bilər.

Oxşar Xəbərlər