Füzuli hava limanının tikintisi davam edir

Fev1,2021
Füzuli hava limanının tikintisi davam edir - FOTO

İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində təməli qoyulan Beynəlxalq Hava Limanının tikinti işləri artıq başlayıb.

“QİA.AZ” bildirib ki bu barədə “Report”un Füzuliyə ezam olunmuş əməkdaşı İsmayıl Nəsibli xəbər verir ki, hazırda hava limanının tikinti işləri davam etdirilir.

Qeyd edək ki, Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində işğaldan tam azad olunub. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 24 kənd vardır.

Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoyub.

Oxşar Xəbərlər