Füzuli Könüllüləri Füzuli şəhərində icma əsaslı fəaliyyətlər keçirib

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Azərbaycan Respublikasının Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra edilən “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində “Füzuli Könüllüləri” qrupu Füzuli şəhərində növbəti fəaliyyətlər icra ediblər.

“Əsas Həyat Bacarıqları” modulu üzrə Füzuli şəhərində məskunlaşan yeniyetmə və gənclərə stresin idarə edilməsi, emosional tənzimləmə, müsbət düşünmə, özünü qiymətləndirmə, dinləmə bacarıqları, şəxslərarası effektivlik, münasibətlərin idarəedilməsi, yaradıcı düşünmə mövzularında bacarıqların aşılanması və inkişaf etdirilməsi məqsədi ilə təlimlər keçirilib. Həmçinin maraqlı vörkşoplarla gənclərin praktiki bilikləri gücləndirilib.

Mirzə Uluqbəy adına Füzuli şəhər tam orta məktəbində keçirilən təlimlərə ümumilikdə 50 nəfərdən çox yeniyetmə və gənc iki qrup şəklində qatılıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə yaşayan yeniyetmə və gənclər üçün həyata keçirilən fəaliyyət planına uyğun olaraq bu kimi maraqlı məzmunlu müxtəlif tədbirlərin bundan sonra da davamlı olaraq keçirilməsi nəzərdə tutulur.

Oxşar Xəbərlər