Füzuli, Laçın və Zəngilanda beynəlxalq aeroportların tikintisi üçün idxal edilən malların siyahısı təsdiqlənib
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
QİA.AZ-ın xəbərinə görə, qərara dəyişikliklə Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı təsdiq edilib.
Müəyyən edilən mal nomenklaturasına müvafiq idxal olunan malların Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının tikintisi üçün istifadəsinin təsdiq edilməsi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçiriləcək.
Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2024-cü il 1 yanvar tarixinədək qüvvədədir.
Füzuli, Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi üçün idxal edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə Siyahısı
XİFMN üzrə kodu
Mal mövqelərinin adları
2515
Qaba parçalanmış və ya parçalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bolünmüş mərmər, travertin və ya əhəngli tuf daşı, ekausin və xüsusi çəkisi 2,5 və ya daha çox olan abidələr və ya tikinti üçün digər əhəngdaşları, alebastr
2516
Qaba parçalanmış və ya parçalanmamış, mişarlanmış və ya mişarlanmamış və ya digər üsulla bloklara və ya düzbucaq (kvadrat da daxil olmaqla) formasında lövhələrə bölünmüş qranit, porfir, bazalt, qumdaşı, abidələr və ya tikinti üçün digər daşlar
3208
Sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında susuz mühitdə həll edilmiş və ya dispersləşdirilmiş boyalar və laklar (emallar və polituralar da daxil olmaqla); bu qrupa dair 4-cü qeyddə göstərilən məhlullar
3209
Su mühitində dispersləşdirilmiş və ya həll olunmuş, sintetik polimerlər və ya kimyəvi modifikasiya olunmuş təbii polimerlər əsasında boyalar və laklar (emallar və polituralar da daxil olmaqla)
3210 00
Digər boyalar və laklar (emallar, polituralar və yapışqanlı boyalar da daxil olmaqla); dərinin işlənməsi üçün istifadə edilən hazır sulu piqmentlər
3917
Plastmas borular, borucuqlar, şlanqlar və onların fitinqləri(məsələn, birləşmələr, dirsəklər, flanslar)
3926
Plastmasdan digər məmulatlar və 3901-3914 malmövqelərindəki digər materiallardan məmulatlar
4407
Uzununa mişarlanma və ya yarılma, rəndələnmə və ya cırtlama ilə əldə edilmiş, rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, 6 mm-dən çox qalınlığı olan şalbanbaşı birləşmələri olan və ya olmayan meşəmaterialı
4409
Hər hansı bir kənarı, ucu və ya səthi profil verilmiş paqonaj halında olan (dişli, oyuqlu, zivanalı, yonulmuş kənarlı, yarımdairə fiqurlu rəndələnmə şəklində birləşdirmələri ilə, fasonlu və ya analoji), rəndələnmə və ya cilalanma ilə emal edilməmiş və ya emal edilmiş, şalbanbaşı birləşmələri olan və ya olmayan taxta-şalban (döşəmənin parket örtüyü üçün yığılmamış plankalar və frizlər də daxil olmaqla)
4410
Qatranlarla və ya digər üzvi bağlayıcı maddələrlə hopdurulmuş və ya hopdurulmamış ağacyonqarlı plitələr, istiqamətləndirilmiş yonqarlı plitələr (OSB) və ağacdan və ya digər oduncaqlaşmış materiallardan analoji plitələr(məsələn, vafli plitələri)
4411
Ağacdan və ya digər oduncaqlaşmış materiallardan, qatranvə ya digər üzvi maddələr əlavə edilmiş və ya əlavə edilməmiş ağaclifli plitələr
4412
Yapışqan vasitəsilə hazırlanmış faner, fanerlənmiş panellər və laylı oduncaqdan analoji materiallar
4413 00 000 0
Bloklar, plitələr, tirlər və ya profil verilmiş formalar şəklində preslənmiş oduncaq
4418
Deşikli ağac panelləri, yığılmış döşəmə panelləri, dam qontu və taxtapuş çiləkəni də daxil olmaqla, ağacdan inşaat, xarratlıq və dülgərlik məmulatları
4420
Mozaikalı və inkrustasiya ilə bəzədilmiş ağac məmulatları; zərgərlik və ya bıçaq və analoji məmulatlar üçün ağac mücrülər və qutular; ağac heykəlciklər və digər dekorativ məmulatlar; 94-cü qrupda göstərilməmiş ağacdan mebeləşyaları
4804
4802 və ya 4803 mal mövqeyində göstərilənlərdən başqa, rulonlarda və ya vərəqlərdə təbaşirlənməmiş kraft-kağız və kraft-karton
5701
Hazır və ya tamamlanmamış ilməli xalçalar və ya digər tekstil döşəmə örtükləri
5702
“Kilim”, “sumax”, “kermani” və analoji əl işi xalçaları da daxil olmaqla, hazır və ya tamamlanmamış, taftinqsiz və ya flokirlənməmiş, toxunmuş xalçalar və digər tekstil döşəməörtükləri
5703
Hazır və ya tamamlanmamış taftinqli xalçalar və digər tekstil döşəmə örtükləri
5704
Hazır və ya tamamlanmamış, taftinqsiz və ya flokirlənməmiş, keçədən və ya fetrdən xalçalar və digər tekstil döşəmə örtükləri
5705 00
Hazır və ya tamamlanmamış digər xalçalar və tekstil döşəmə örtükləri
5904
Forma üzrə biçilmiş və ya biçilməmiş linoleum; forma üzrə biçilmiş və ya biçilməmiş tekstil əsaslı döşəmə örtükləri
6802
6801 mal mövqeyinin mallarından başqa, abidələr və ya tikinti üçün emal olunmuş daşlar (şistdən başqa), və onlardan məmulatlar; altlıqlı və ya altlıqsız mozaika üçün kubiklər və təbii daşlardan analoji məmulatlar (şist də daxil olmaqla); təbii daşlardan (şist də daxil olmaqla) süni boyanmış qranullar, qırıntılar və toz
6806
Şlak-pambığı, mineral silikat-pambığı və analoji mineral pambıqlar; laylanmış vermikulit, köpükləndirilmiş gillər, köpükləndirilmiş şlak və analoji köpükləndirilmiş mineral məhsullar; 6811 və ya 6812 mövqeyinin və ya 69-cu qrupun məmulatlarından başqa, istilik izolyasiya, səs izolyasiya və ya səsuducu mineral materiallardan qarışıqlar və məmulatlar
6810
Sementdən, betondan və ya süni daşdan armaturlaşdırılmış və ya armaturlaşdırılmamış məmulatlar
6906 00 000 0
Keramika boruları, izolyasiya edilmiş boru kəmərləri, suyu kənara axıdan borular və boru fitinqləri
6907
Döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri; mozaika işləri üçün keramika kubikləri və ya analoji məmulatlar, əsasda və ya onsuz; bəzək üçün keramika məmulatları
6910
Keramikadan çanaqlar, əlüzyuyanlar, çanaq konsolları, vannalar, bide, unitazlar, ayaqyolu üçün su bakları,pissuarlar və analoji sanitar-texniki məmulatlar
6914
Digər keramika məmulatları
7002
Kürə (7018 mal mövqeyinin mikrokürələrindən başqa), çubuq və ya borucuq formasında olan emal olunmamış şüşə
7003
Vərəqlər şəklində və ya profillənmiş, uducu, əksedici və ya əks etdirməyən qata malik olan, lakin başqa üsulla emal olunmamış tökmə və yayma şüşələr
7004
Vərəqlər şəklində, uducu, əksedici və ya əks etdirməyən qata malik olan və ya olmayan, lakin başqa üsulla emalolunmamış, dartılmış və üfürülmüş şüşə
7006 00
7003, 7004 və ya 7005 mal mövqelərinin əyilmiş, tin-tin, oyulmuş, dəlinmiş, minalanmış və ya başqa üsulla işlənmiş, lakin çərçivəyə salınmamış və ya başqa materiallarla kombinasiya edilməmiş şüşələr
7007
Təhlükəsiz şüşə, həmçinin möhkəmləndirilmiş (bərkidilmiş) və ya çoxqatlı şüşə
7019
Şüşə lifi (şüşə-pambığı daxil olmaqla) və ondan hazırlanmış məmulatlar (məsələn, iplik, parçalar)
7020 00
Şüşədən digər məmulatlar
7301
Qara metallardan zivanalı konstruksiyalar, burğulanmış və ya burğulanmamış, deşilmiş və ya deşilməmiş, monolit və ya yığma elementlərdən hazırlanmış; qara metallardankünclüklər, fasonlu və xüsusi qaynaq edilmiş profillər
7304
Qara metallardan (tökmə çuqundan istisna olmaqla) tikişsiz borular, borucuqlar və içiboş profillər
7305
Qara metallardan digər borular və borucuqlar (məsələn, qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş), dairəvi en kəsikli, xarici diametri 406,4 mm-dən çox olan
7306
Qara metallardan borular, borucuqlar və digər içiboş profillər (məsələn, açıq tikişli və ya qaynaq edilmiş, pərçimlənmiş və ya analoji üsulla birləşdirilmiş)
7308
Qara metallardan metal konstruksiyalar (9406 mal mövqeyinin yığma tikinti konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, şlüz qapıları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar və pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, jalüzlər, balyustradalar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş qara metallardan hazırlanmış vərəqlər, çubuqlar, künclüklər, fasonlu profillər, borular və analoji məmulatlar
7316 00 000 0
Qara metallardan lövbərlər, dördqarmaqlı lövbərlər vəonların hissələri
7318
Qara metallardan vintlər, boltlar, qaykalar, böyük vintlər, burulub keçirilən qarmaqlar, pərçimlər, şpon civiləri, şplintlər, şaybalar (o cümlədən yaylı) və analoji məmulatlar
7322
Qara metallardan qeyri-elektrik qızdırma ilə mərkəzi isitmə üçün radiatorlar və onların hissələri; qara metaldan, quraşdırılmış ventilyatorla və ya mühərrikli hava üfürənlərlə təchiz olunmuş qeyri-elektrik qızdırma ilə hava qızdırıcıları və isti havanın verilməsi üçün (həmçinin, təzə və ya kondisiyalaşdırılmış havanın verilməsi üçün qurğular daxil
olmaqla) paylayıcı qurğular və onların hissələri
7326
Qara metallardan digər məmulatlar
7419
Misdən digər məmulatlar
7604
Alüminium çubuqlar və profillər
7608
Alüminium borular və borucuqlar
7610
Alüminium metal konstruksiyalar (9406 mal mövqeyinin yığma inşaat metal konstruksiyalarından başqa) və onların hissələri (məsələn, körpülər və onların seksiyaları, qüllələr, şəbəkəli dirəklər, dam çatıları, inşaat fermaları, qapılar, pəncərələr və onların çərçivələri, qapılar üçün kandarlar, balyustradlar, dayaqlar və sütunlar); metal konstruksiyalarında istifadə üçün nəzərdə tutulmuş vərəqlər, çubuqlar, profillər, borular və analoji alüminium məmulatları
7616
Alüminiumdan digər məmulatlar
8201
Əl alətləri: süngüşəkilli və çalovşəkilli kürəklər, kərkilər, külünglər, çapacaqlar, yabalar və dırmıqlar; baltalar, dəhrələr və analoji doğrayıcı alətlər; bütün növ bağban qayçıları; dəryazlar, oraqlar, quru ot və saman bıçaqları, bağ qayçıları, ağacların yarılması üçün pazlar və kənd təsərrüfatında, bağçılıqda və ya meşə təsərrüfatında istifadə olunan digər alətlər
8202
Əl mişarları; bütün tip mişarlar üçün lövhələr (uzununa kəsmə üçün, oyuqların kəsilməsi üçün və ya dişsiz lövhələr daxil olunmaqla)
8203
Əyələr, nadfillər, törpülər, kəlbətinlər (itiağız kəlbətinlər daxil olmaqla), yastıağız kəlbətinlər, passatijlər, pinsetlər, maşacıqlar, metalkəsən qayçılar, borukəsən qurğular,boltkəsən qayçılar, deşikaçanlar və analoji əl alətləri
8204
Əl qayka açarları (torsiometrli qayka açarları daxil olmaqla, lakin dolamaçarxlar istisna olmaqla); dəstəkli və ya onsuzqayka açarları üçün dəyişdirilən başlıqlar
8205
Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan əl alətləri (almaz şüşəkəsənlər də daxil olmaqla); lehimləmə lampaları; dəzgahların və ya su şırnaqlı kəsici maşınların ləvazimatlarından və hissələrindən başqa, məngənələr, sıxaclar və analoji məmulatlar; dəmirçi zindanları; daşınan kürələr (dəmirçi ocaqları); əl və ya ayaq ötürücüsü ilə dayaq konstruksiyalı cilalayıcı dairələr
8206 00 000 0
8202-8205 mal mövqelərinin iki və ya daha çox alətləri, dəst şəklində, pərakəndə satış üçün nəzərdə tutulmuş
8207
Metalın ekstruziyası və ya məftil çəkmə üçün filyerlər də daxil olmaqla əl alətləri üçün mexaniki ötürücülü və ya onsuz və ya dəzgahlar üçün (məsələn, presləmə, ştamplama, doğrama, yiv açma, deşmə, oyma, çəkmə, frezləmə, torna emalı və ya vintləmə üçün) dəyişdirilən işçi alətləri, qaya süxurlarının və ya torpağın qazılması üçünalətlər
8302
Mebel, qapılar, pilləkənlər, pəncərələr, pərdələr, nəqliyyat vasitələrinin salonları, sərraclıq məmulatları, çamadanlar, yeşiklər, mücrülər və ya analoji məmulatlar üçün qiymətsiz metallardan bərkidici armatura, furnitur və analoji məmulatlar; qiymətsiz metallardan şlyapalar üçün asılqanlar, şlyapalar üçün qarmaqlar, kronşteynlər və analoji məmulatlar; qiymətsiz metallardan bərkidici qurğulu mebel təkərləri; qapıların bağlanılması üçün qiymətsiz metallardan avtomatik qurğular:
8402
Buxar qazanları və ya digər buxar yaradan qazanlar (aşağı təzyiqli buxar yarada bilən mərkəzi istilik su qazanlarından başqa); qaynar su qazanları
8403
8402 mal mövqeyinin qazanlarından başqa, mərkəzi istilik qazanları
8412
Digər mühərriklər və güc qurğuları
8413
Məsrəfölçənlərlə və ya onlarsız maye nasosları; maye qaldırıcıları
8414
Vakuum və ya hava nasosları, hava və ya qaz kompressorları və ventilyatorlar; filtrli və ya filtrsiz, ventilyasiyalı və ya hava dövrlü sorucu qalpaqlar və ya ventilyasiyalı dolablar
8415
Rütubəti ayrıca tənzimləyə bilməyən kondisionerlər daxil olmaqla mühərrikli ventilyatorla və havanın temperaturunu və rütubətini ölçən cihazlarla təchiz olunmuş havanın kondisiyalaşdırılması üçün qurğular
8418
Soyuducular, dondurucular və elektrik və ya başqa tipli digər soyuducu və ya dondurucu avadanlıq; 8415 mal mövqeyinin havanın kondisiyalaşdırılması üçün qurğulardan başqa, istilik nasosları
8421
Mərkəzdənqaçma quruducular daxil olmaqla sentrifuqalar; mayelərin və ya qazların filtrlənməsi və ya təmizlənməsi üçün qurğular və avadanlıq
8428
Digər qaldırılma, yerdəyişmə, yüklənmə və ya boşaldılma üçün maşınlar və qurğular (məsələn, liftlər, eskalatorlar, konveyerlər, kanat yolları)
8471
Hesablayıcı maşınlar və onların blokları; başqa yerdə adları çəkilməyən və ya daxil olmayan maqnit və ya optik hesablayıcı qurğular, kodlaşdırılmış formada məlumatı informasiya daşıyıcılarına köçürmək üçün maşınlar və informasiyanın işlənməsi üçün oxşar maşınlar
8475
Elektrik və ya elektron lampaların, borucuqların və ya elektron-şüa borucuqların və ya şüşə kolbalarda qazboşalma lampaların yığılması üçün maşınlar; şüşənin və ya şüşə məmulatların hazırlanması və ya isti emalı üçün maşınlar
8501
Elektrik mühərriklər və generatorlar (elektrik generator qurğularından başqa)
8502
Elektrik generator qurğuları və fırlanan elektrik dəyişdiriciləri
8504
Elektrik transformatorlar, statik elektrik dəyişdiricilər (məsələn, düzləndiricilər), induktivlik çarxları və drossellər
8516
Elektriklə işləyən axar tipli və ya tutumlu su qızdırıcıları, batırılma elektrik qızdırıcıları; hər hansı bir məkanın və torpağın isidilməsi üçün elektrik avadanlıq, saçlara qulluq üçün elektrotermik aparatlar (məsələn, saç quruducuları, biqudi, isti burma üçün maşalar) və əl quruducuları; elektrik ütülər; digər məişət elektrik qızdırıcı cihazları; 8545 mal mövqeyində göstərilənlərdən başqa, elektrik müqavimət qızdırıcıları
8525
Tərkibində qəbuledici, səsyazan və ya səsləndirici aparatura olan və ya olmayan radioyayım və ya televiziya üçün ötürücü aparatura; televiziya kameraları, rəqəmsal kameralar və yazan videokameralar
8526
Radiolokasiya, radionaviqasiya aparaturası və uzaqdan idarəetmə üçün radioaparatura
8528
Tərkibində televiziya üçün qəbuledici aparatura olmayan monitorlar və proyektorlar; tərkibində geniş yayımlı radioqəbuledici və ya səsi və ya təsviri yazan və ya canlandıran aparatura olan və ya olmayan televiziya rabitəsi üçün qəbuledici aparatura
8536
1000 V-dan çox olmayan gərginlik üçün elektrik dövrələrinin kommutasiyası və ya qorunması üçün və ya elektrik dövrələrinə qoşulmaq və ya elektrik dövrlər üçün elektrik aparatura (məsələn, qoşucu açarlar, dəyişdirici açarlar, kəsicilər, rele, əriyən qoruyucular, gərginlik sıçrayışlarının söndürücüləri, ştepsel vilkaları və rozetkaları, elektrik lampaları üçün patronlar və digər birləşdiricilər, birləşdirici qutular); optik liflər, optik-lifli jqutlar və ya kabellər üçün birləşdiricilər
8537
Elektrik cərəyanının idarəetməsi və ya bölüşdürülməsi üçün 8535 və ya 8536 mal mövqeyinin iki və ya daha çox qurğusu ilə təchiz olunmuş, o cümlədən 90-cı qrupun cihazlarını, qurğularını və rəqəmsal idarəetmə aparatlarını daxil edən, tərkibində 8517 mal mövqeyinin kommutasiya qurğuları olmayan pultlar, panellər, konsollar, masalar, bölüşdürücü şitlər və elektrik aparatları üçün digər təməllər
8539
Hermetik istiqamətlənmiş işıq lampaları da daxil olmaqla elektrik közərmə və ya qazlaboşalma lampaları, eləcə də ultrabənövşəyi və ya infraqırmızı lampalar; qövs lampaları, işıqsaçan diod lampalar (LED)
8544
Birləşdirici qurğularla və ya onlarsız izolyasiyalı naqillər (minalanmış və ya anodlaşdırılmış naqillər daxil olmaqla), kabellər (koaksial kabellər daxil olmaqla) və digər izolyasiyalı elektrik keçiriciləri; elektrik keçiricilərlə və ya birləşdirici elementlərlə yığılıb-yığılmamasından asılı olmayan fərdi örtüklü liflərdən təşkil olunmuş lifli-optik kabellər
8547
8546 mal mövqeyinin izolyatorlarından başqa, yalnız yığma məqsədilə qəlibləmə zamanı montaj edilmiş bəzi metal komponentlər nəzərə alınmadan (məsələn, yivli patronlar) tamamilə izolyasiya materiallarından hazırlanmış, elektrik maşınlar, qurğular və cihazlar üçün izolyasiya armaturası; izolyasiya materialları ilə üzlənmiş qiymətsiz metallardan elektrik keçiricilər üçün borucuqlar və onlar üçün birləşdirici detallar
8708
8701-8705 mal mövqelərinin mühərrikli nəqliyyat vasitələri üçün hissələr və ləvazimatlar
8716
Qoşqular və yarımqoşqular; digər özügetməyən nəqliyyatvasitələri, onların hissələri
9022
Rentgenoqrafik və ya radioterapevtik aparatura, rentgen borucuqlar və digər rentgen şüaların generatorları, yüksək gərginlik generatorları, idarəetmə şitləri və pultları, ekranlar, masalar, kreslolar və müayinə və ya müalicə üçün analoji məmulatlar daxil olmaqla rentgen, alfa, beta və ya qamma şüaların istifadəsinə əsaslanan tibbi, cərrahi, stomatoloji və ya baytarlıqda istifadəsi üçün nəzərdə tutulmuş və ya nəzərdə tutulmamış aparatura
9401
Çarpayıya çevrilən və ya çevrilməyən oturma mebeli (9402 mal mövqeyində göstərilənlərdən başqa) və onun hissələri
9403
Digər mebel və onun hissələri
9405
Projektorlar, dar istiqamətli işıq lampaları, fənərlər və onların hissələri daxil olmaqla başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; başqa yerdə adları çəkilməyən və ya daxil olmayan işıq lövhələri, üzərində ad və ya ünvan yazılmış işıq tabloları və quraşdırılmış işıq mənbəyi olan analoji məmulatlar və onların hissələri