Füzuli rayonunda traktor minaya düşüb, xəsarət alan var

Dek7,2023

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan QİA.şaz-a bildirilib ki, traktorun sürücüsü, 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Araşdırma aparılır.

Oxşar Xəbərlər