Füzuli rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Muradlı Elgün Hikmət oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ oturaq və qasıq sümüklərinin sınıqları diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.