Füzulidə erməni əsgərlərin meyitləri aşkarlandı

May24,2021

Bu gün Füzuli rayonunda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş, əvvəllər itkin düşmüş sayılan daha 4 əsgərinin meyiti aşkarlanıb.

Bu barədə QİA.AZ “Sputnik Armeniya”ya istinadən xəbər verir.

Meyitlərinin şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün məhkəmə-tibb ekspertizası təyin olunacaq.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi meyitləri Qarabağda aşkarlanmış, əvvəllər itkin düşmüş əsgərlərin sayını daha açıqlamır. Halbuki əvvəllər bu say mütəmadi olaraq ictimaiyyətə açıqlanırdı.

Oxşar Xəbərlər