Füzulidə faydalı qazıntıların sayı açıqlanıb

Apr28,2021

“Füzuli rayonundaki yataqların əksəriyyəti işğal dövründə istismar edilib”.

“QİA.az”ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Füzuli rayonunda dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı – 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yataqları mövcud olub”.

O bildirib ki, işğaldan azad olunan ərazilərdə 167 ədəd qeyri-filiz və inşaat materialları qeydə alınıb.

Oxşar Xəbərlər