Füzulidə minik avtomobili ilə traktor toqquşub, ölən var

İyn3,2021

Füzuli rayonunda yol qəzası olub.

Bu barədə “QİA.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 2-də saat 20 radələrində rayonun Böyük Bəhmənli kəndi ərazisində kənd sakini Elşad Hüseynovun idarə etdiyi “VAZ-2101” markalı avtomobillə Kərimbəyli kənd sakini Ş.Süleymanovun idarə etdiyi “Belarus MTZ-80” markalı traktor toqquşub. Nəticədə E.Hüseynov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar Xəbərlər