Gələn il seysmik mikrorayonlaşdırma xəritəsi hazırlanacaq

Dek 7, 2023

Seysmik mikrorayonlaşdırma xəritəsinin hazırlanması istiqamətində işlərə gələn il başlanılacaq.

QİA.az xəbər verir ki, bu barədə dekabrın 7-də Xəzər dənizində baş vermiş zəlzələ ilə bağlı mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli məlumat verib.

Onun sözlərinə görə, Fövqəladə Hallar Nazirliyi, yaponiyalı mütəxəssislər, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra orqanları ilə razılıq əldə olunub. Yəqin ki, yazda bu işlərə başlanılacaq.

FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyib ki, seysmik mikrorayonlaşdırma xəritəsi əsasən Bakı şəhəri və Abşeron yarımadasını əhatə edəcək. Xəritədə, həmçinin seysmik risklər də qiymətləndiriləcək.

Oxşar Xəbərlər