Gəncədə zəncirvari qəza: Xəsarət alan var – FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb.

Hərəkətdə olan iki  “VAZ-2107”, “Nissan” və “Hyundai” markalı minik maşınları toqquşub.

Hadisə nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Xəsarət alanın vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər