Gədəbəy rayonu

Gədəbəy rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Gədəbəy şəhəridir.

Tarixi

Gədəbəy rayonu Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Ərazidə olan tarixi mədəniyyət abidələri eramizdan əvvəl 12–7-ci əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmuşdur.

XIX əsrin ortalarinda Gədəbəy rayonu ərazisində mis filizi yataqları kəşf edilmiş və 1855–1856-cı illərdə yerli sahibkarlar tərəfindən Mis əritmə zavodu tikilmişdir. Daha sonra həmin zavod Almaniyanin “Simens” şirkəti tərəfindən alınaraq, 1865-ci ildə yenidən qurulmuşdur. “Simens” şirkəti tərəfindən 1883-cü ildə Qalakənd misəritmə zavodu tikilmiş, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 km olan Gədəbəy-Qalakənd arasında dəmir yolu çəkilmişdir. Bu dəmir yolunda 4 lokomotiv, 33 vaqon hərəkət etmişdir. Bu gün də həmin yol ilə bağlı salınmiş körpülər tarixi abidə kimi qalmaqdadır. 1883-cü ildə Qalakənd kəndində Çar Rusiyasi ərazisində ilk su elektrik stansiyası tikilmiş, Qalakənd misəritmə zavodunda elektroliz üsulu ilə mis əridilmişdir. Bu zaman Avtopanın mərkəzi şəhəri London, Paris, Sankt Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda, Gədəbəydə elektrik işığından istifadə edilirdi. Həmin dövrdə alman alimləri tərəfindən Gədəbəy rayonu ərazisində arxeoloji qazıntı işləri aparılmışdır. Arxeoloji qazıntının nəticələri Almaniyanin “Folker Şpis” elmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır.

Gədəbəy toponimi

“Gədə” və “bəy” sözlərinin birləşməsidir. Gədəbəy ərazisində qədim türk tayfaları yaşayıb. Kət və bək sözlərindən yaranan coğrafi adlar Orta Asiya türk dövlətlərində də var. Qədim türkcədə “kət” sözünün əks tapdığı həmin yerlərdə, əhalini düşmənlərin qəfil basqınlarından xəbərdar etmək məqsədilə bir çox qarovulxana, keşikçi – gözətçi məntəqələri mövcud olub. Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib. Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcə böyük, qüdrətli adam mənasında işlədilib. Coğrafi relyefinə görə bura qədimdə döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türkcə gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbəlrədə adı ilk dəfə 12-ci əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var. Bək – təpə sözü ilə əlaqədar olaraq Gədəbəy oyko-niminin haqqında da danışmaq lazımdır. Gədəbəy qədim türk dillərindən ket – keşik, gözətçi və türk dillərindəki bək – təpə sözlərindən ibarət olub gözətçi (keşikçi) təpəsi mənasını daşıyır.

Coğrafiyası

Kiçik Qafqazın orta və yüksək dağlıq qurşaqlarında yerləşir. Ərazisi Şahdağ silsiləsinin şimal yamacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir. Ən yüksək zirvələri: Qoşabulaq (3549 m.), Qocadağ (3317 m.) və s.

Yura, Tabaşir, Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qara və ağ mərmər yataqları var. Yayı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq və dağlıq tundra iqlimi üstündür.

Çay şəbəkəsi sıxdır. Axıncaçay və Zəyəm çaylarının yuxarı axını bu rayonun ərazisindədir. Şəmkirçayının yuxarı axını rayonun cənub-qərb sərhədindən axır. Qonur dağ-meşə, çimli dağ-çəmən və s. torpaqlar yayılmışdır.

Meşələrin ümumi sahəsi 30,5 min hektardır(1980).Heyvanları: qayakeçisi, cüyür, qonur ayı, canavar və s.Quşlardan tetra, ular,qartal və s. var.

Rayonda ərazisində məşhur Qızılca Dövlət Təbiət Yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir.

Relyefi

Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksəklik dağlıq qurşağında yerləşir. Rayon ərazisi Şahdağ silsiləsinin şimal yaçacını, Başkənd-Dəstəfur çökəkliyinin və Şəmkir dağ massivinin bir hissəsini əhatə edir.

Geoloji quruluşu

Yura, Tabaşir,Paleogen və Antropogen çöküntüləri yayılmışdır. Qranitlə zəngin metamorfik süxur olan gədəbəyit ilk dəfə (1903) Gədəbəy Mis-kolçedan yatağında öyrənilmişdir.Gədəbəy Babacançay.jpg

Çayları və su hövzələr

Çay şəbəkəsi sıxdır. Mormor, Turşsu,Koroğlu,Şahzadə, narzan, Böyük Bulaq və s. mineral və süfrə su bulaqları ilə zəngindir. Əsas çayları Axımca, Zəyəm, İnəkboğan, mamasan, Şəmkir, Gədəbəy Cəhri və s.

Faunası

Qayakeçisi bezoar keçisi, cüyür, qonur ayı, canavar və s. Quşlardan arıquşaoxşar bığlıca, qaraquş, ispan sərçəsi, daşlıq sərçəsi, qafqaz tetrası, qafqaz uları və s. quşlara rast gəlinir.

Landşaftı və bioloji müxtəlifliyi

Orta dağlıqda kollu və seyrək meşəli çəmənliklər, enliyarpaqlı meşələr yayılmışdır. Meşələrdə palıd, fıstıq, qafqaz vələsi ağacları üstünlük təşkil edir. Yüksək dağlıq ərazilərdə sübalp və alp çəmənlikləri vardır.

Meşələr burada 2000–2500 m-ə qədər yüksəlir. Yüksək dağlıq meşələrin tərkibi, əsasən şərq palıdı, şərq fıstığı, tozağacı, trautvetter ağcaqayını, buasye quşarmudu, adi meşə gilasından ibarət olur.

Ərazinin subalp binkiləri 1800–2600 m yüksəklikləri əhatə edir. Burada qaragilə, topaçiçək əsmə, şərq nəmgülü, adaçayı, alışan lalə, kəpənəkçiçək, yeddi dilimli acıçiçək, keçiqulağı, iberiya ətirşahı və s.

Alp yüksəkliyinin əsas bitkiləri taxıllar və çil fəsiləsinə aiddir. Bu bitkilər burada alp xalıları yaradır. Alp xalılarının əsas tərkibini qafqaz zirəsi, şaxduran, qayabağayarpağı, çəmən yoncası, cil, steven zənciotu, sibbaldia, üçdişli zəngçiçəyi, cinotu təşkil edir.

Geoloji təbiət abidələri

Ərazinin ən gözəl geoloji təbiət abidələri mənzərəli landşaftlara malik olan Axıncaçay, Şəmkirçay, Zəyəmçay dərələridir. Digər mənzərəli ərazi İnəkboğançay boyunca uzanan keçidərəsidir. Haçaqaya dağının ətəyində, Şır-şır şəlaləsi vardır.

Arxeroloji abidələri

Xarxar kəndində Tunc dövrünə aid müdafiə qalaçası.Slavyanka kəndində Tunc Dövrünə aid müdafiə qalaçaıarı. Maarif kəndində Tunc və dəmir Dödrlərində aid Şıx müdafiə qalası. Söyüdlü kəndi yaxınlığında Tunc dövrünə aid Pirdağ qalası, Kiçik Qaramurad kəndində Dəlmə, sarıdaş müdafiə qalaçaları, Qalakənd kəndində Tunc və Dəmir Dövrlərinə aid Ağsu, Çapığın, Xənalitəpə müdafiə qalaçaları.

Əhalisi

Əsas məqalələr: Azərbaycan əhalisinin siyahıyaalınması (1999) və Azərbaycan əhalisinin siyahıyaalınması (2009)

Yaşayış məntəqələri

Gədəbəy şəhəri
SöyüdlüSlavyankaSoyuqbulaqNovosaratovkaMiskinliAlnabatArıqdam
DəyəqarabulaqAğamalıArıqıranQoşabulaqŞəkərbəyArısuAtaxal
ŞınıxAyıtalaBəydəmirliBaşkəndBöyük QaramuradCəfərliÇiçəkli
CücanlıÇanaqçıÇalburunÇaldaşÇaykəndÇay RəsulluÇobankənd
DaryurdDaşbulaqGöyəliDəyirmandağQızıltorpaqDördlərDüz Rəsullu
DüzyurdƏmirƏlinağılarƏmiraslanlıƏrtəpəƏyridərəƏyrivəng
FərzalıGərgərGərməşöylüGödəkdərəGöyəlliGöyəmliGülallı
GünəşliHacıalılarHacıələkbərliHacılarHeriknazHeydərliİnəkboğan
İsalıKələmanKərimliKəsəmənKiçik QaramuradKöhnəkəndKöhnəqışlaq
KolluQalakəndQarabulaqQaradağQaraməmmədliQaravəlilərQaravultomba
QarıkəndQasımağalıQasımlıQızılqayaQozqaralıQurudərəLeşkər
MiskinliMaarifMəmmədcəfərliMormorMoruxluMotudərəMusayalNağılar
NərimankəndNovoivanovkaParakəndPərizamanlıPirbulaqPlankəndPoladlı
RəhimliRəməXarxarSamanlıqSarıhəsənliSarıköynəkSəbətkeçməz
SonalarŞahdağTəkyemişanTərsyerToplarTotuqluTurşsu
YaqubluYenikəndZamanlıZəhmətkənd

İqtisadiyyat

Təsərrüfatı əsasən kənd təsərrüfatından ibarətdir. İqtisadiyyatında kartofçuluq, heyvandarlıq və taxılçılıq əsas yer tutur. Rayonda kəşf edilmiş (1849) mis filizi əsasında yaradılan (1855–1956) Gədəbəy misəritmə zavodu və Qalakənd (1883) mis əritmə zavodu mövcuddur.

Azərbaycanda ilk su elektrik stansiyasi 1880-ci ildə ve ilk 29 km-lik dəmiryolu 1879-cu ildə bu rayonda tikilmişdir. Bu yaxınlarda rayon ərazisində qızıl yataqları kəşf olunub və istismarı başlamaq üzrədir. Məşhur Simens qardaşları bu rayonda mis mədənlərinin istismarından külli miqdarda gəlir əldə etmişlər. İndi qızıl yataqları kəşf olunduqdan sonra bəziləri bu fikirdədi ki, Simens qardaşları Gədəbəydən mis adıyla qızıl çıxardıblar. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.

Mədəniyyət

Rayonda 86 ümumtəhsil məktəbi (16 ibtidai, 28 doqquz illik,42 orta), 1 texniki peşə məktəbi var. Həmçinin rayonda 13 mədəniyyət evi, 26 klub, 67 kitabxana, 39 kinoqurğu var. Rayonun mərkəzində 5 min nəfərlik stadion var. Rayonda 325 çarpayılıq 10 xəstəxana, 36 feldşer-mama məntəqəsi, sanitariya-epidemioloji stansiya, 75 həkim, 298 orta tibb işçisi var (1980).

“Gədəbəy dəfinələri” adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılmışdır. Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524–1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu. Rayonda xalq sənətlərindən əl ilə tikmə, xalçaçılıq, ağac və metal üzərində oyma peşələri qorunub saxlanmışdır.

Rayonda aşıq sənətinin özünə məxsus yeri var. İsfəndiyar Rüstəmov, Miskinli Vəli, Nemət Qasımlı, Ulduz Sönməz, Fəzail Miskinli , Dəmir Gədəbəyli və bir sira başqa tanınmış aşıq musiqisin ustad sənətkarları Gədəbəy rayonunda anadan olmuşdur.

Memarlıq abidələri

Əsas məqalə: Gədəbəy abidələri

Memarlıq abidələrindən Söyüdlü kəndində (Şəmkirçayının üstündə) Namərdqala / Qız qalası (9-cu əsr) və Çarekvəng monastırı , Novosaratovka kəndində məbəd (1535), Qalakənd kəndində Koroğlu qalası (16 cı əsr), Böyük Qaramurad kəndində qala (1634), Dikdaş kəndi ərazisində (Bayram dərəsində) alban kilsəsi və Həmşivəng məbədi, Çaldaş kəndində Çaldaş məbədi, Səbətkeçməz kəndində üç körpü (19 cu əsr), və s. qalmışdır.

Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Xocalı-Gədəbəy mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərd-qala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var.

Qarabağ savaşı dövründə

Ümumilikdə Gədəbəy rayonu Qarabağ müharibəsi dövründə 200-dən çox şəhid vermişdir. Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin avqustun 8-də rayonun iki kəndi, Motudərə və Qasımağalı kəndləri, o cümlədən 78 yaşayış evi, 1 məktəb və 2 tibb məntəqəsi yandırılmışdır. Hazırda həmin kəndlərdə məktəb və tibb məntəqəsi, 17 yaşayış evi bərpa olunmuş, digər yaşayış evlərinin bərpası davam etdirilir.

Qarabağ müharibəsi zamanı Ermənistan ordusu rayon ərazisində yerləşən Başkənddən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi.

1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi. Lakin Azərbaycan Milli Ordusunun hissələrinin, xüsusən yerli və Tovuz rayonundan olan könüllülərin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd işğalçılardan azad edilib.

2010-cu il təxribat cəhdi

2010-cu il sentyabrın 11-də Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri tərəfindən Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində təxribat törətməyə çalışan Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşı Manvel Sarıbekyan tutulmuşdur. Daha sonrakı araşdırmalar nəticəsindən məlum olmuşdur ki, Manvel Sarıbekyan Azərbaycan tərəfinə kənd məktəbini partlatmaq üçün keçib.

Görkəmli şəxslər

  • Cəlal Xıdırov — Azərbaycan siyasətçisi, Qarabağ müharibəsi veteranı, 1-ci dərəcəli dövlət qulluqçusu, 31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən dövlət qulluğunda fərqlənmə medalı ilə təltif olunmuşdur
  • Qüdrət Paşayev — Gədəbəy rayon icra hakimiyyətinin başçısısın keçmiş birinci müavini, Gədəbəy rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərinin icraçısı (01.06.2018–28.08.2018).
  • Nurəddin Rzayev – əməkdar elm xadimi, professor
  • Mikayıl Xıdırzadə — Azərbaycanın görkəmli riyaziyyatçı alimi, Bakı Dövlət universitetinin mexanika-riyaziyyat fakültəsinin ilk azərbaycanlı dekanı
  • Tofiq Köçərli – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki
  • Firudin Köçərli – Azərbaycan Milli Elmlər Akademiyasının akademiki
  • Qoşqar Əhmədov – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
  • Yaqub Məmmədov – tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir uzvu. Azərbaycan Milli Məclisinin sabiq sədri, Azərbaycan Respublikasının Prezdenti vəzifəsini 3 ay icra etmiş şəxs, sabiq millət vəkili
  • İlyas Tapdıq – şair, tərcüməçi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1972)
  • Xəlil İsmayılov -Tarix elmləri doktoru, professor, Əməkdar mədəniyyət işçisi, Bakı Dövlət Universitetinin kafedra müdiri
  • Sabir Məmmədli — siyasi elmlər doktoru, 1992-ci ildə AR Müdafiə Nazirliyinin Gədəbəy bölgəsi üzrə Xüsusi Nümayəndəsi, könüllülər taborunun komandiri
  • Zəka Vilayətoğlu – mədəniyyət və incəsənət xadimi, yazıçı, müğənni
  • Məcid ağa Şəkibəyov — El qəhrəmanı
  • Mehdi Quliyev — Sovet İttifaqı Qəhrəmanı
  • Polad Qasımov — əməkdar mədəniyyət işçisi, əməkdar jurnalist
  • Tofiq Mirzəyev — aktyor, rejissor
  • İzzət Rüstəmov — fəlsəfə elmləri doktoru
  • Cahangir Məmmədov — fəlsəfə elmlər doktoru
  • Yusif İsmayılov — tibb elmləri namizədi, dosent, əməkdar elm xadimi
  • Xəlil Köçərli — tarix elmləri doktoru
  • Firudin Hüseynov — filologiya elmləri doktoru.
  • Natiq Qasımov (şəhid) — Azərbaycanlı hərbçi, Qarabağ savaşı əsiri.
  • Məzahir Rüstəmov — Qarabağ müharibəsi şəhidi; Azərbaycanın Milli Qəhrəmanı
  • Aytəkin Məmmədov — Qarabağ müharibəsi şəhidi; Azərbaycanın Milli Qəhrəmanı
  • İlham Əliyev (milli qəhrəman) — Qarabağ müharibəsi şəhidi; Azərbaycanın Milli Qəhrəmanı
  • İsgəndər Aznaurov — Qarabağ müharibəsi şəhidi; Azərbaycanın Milli Qəhrəmanı
  • Qasımov Natiq Səlim oğlu — Qarabağ müharibəsi şəhidi
  • Cahangir Rüstəmov — Qarabağ müharibəsi şəhidi, alay komandiri
  • Pünhan Əliyev — Qarabağ müharibəsi şəhidi
  • Cəfər İbrahimov — tarix elmləri doktoru, professor
  • Cəmil Əhmədli — fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi. 1997-ci ildə Rusiya Pyotr Elmlər və İncəsənət Akademiyasının akademiki seçilmişdir
  • Mahmud Rüstəmov — Azərbaycan alimi, kimya elmləri doktoru, professor
  • Rəşid Mahmudov (alim) — tibb elmləri namizədi
  • Rafiq Məmmədhəsənov — tibb elmləri doktoru (1990), Əməkdar elm xadimi (2000), “Tərəqqi” medalı təltifçisi (2010), Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru (1993), millət vəkili (2006 və 2010), YAP siyasi şurasının üzvü
  • Qara Məşədiyev — Tanınmış dilçi alim, Fi­lo­lo­gi­ya elm­lə­ri dok­to­ru, pro­fes­sor, Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun Onomas­ti­ka şö­bə­si­nin mü­di­ri
  • Sahib Əliyev — Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimya elmləri doktoru
  • Rüfət Aslanlı — Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin Sədri
  • Nazim Məmmədov (iqtisadçı) — Yeni Azərbaycan Partiyasının üzvü, Keçmiş millət vəkili (2005–2010), iqtisadçı, biznesmen
  • Tofiq Mirzəyev- Əməkdar artist. Aktyor. Rejissor. Ssenari müəllifi. Səs operatoru
  • Miskinli Vəli — Aşıq
  • Elbəy Aslanov — alim, mexanika riyaziyyat elmləri doktoru
  • İman Nağıyev — Bakı Apelyasiya Məhkəməsinin sədri
  • Mirzə Sadıxov — SSRİ Dövlət mukafatı laureatı, akademik
  • Haqverdi Cəfərov İsmayıl oğlu — biologiya elmlər doktoru, professor, “Əməkdə fərqlənmə”, “Şərəfli əmək nişanı”, ÜXTN-nin medalı laureatı.
  • Aşıq Altay Məmmədov-Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi .
  • Tofiq Rəsulov -(21 may1930, – 3 may 2012 ) — Fəlsəfə elmləri namizədi, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi
  • Fəxri Müslüm — şair, publisist, iqtisad üzrə fəlsəfə doktoru
  • Vahid Aslan — Yazıçı, jurnalist, publisist, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi və doktorantı, “Müəllim sözü” qəzetinin baş redaktoru, Prezident təqaüdçüsü
  • Mahir Həsənov- Fizika Riyaziyat elmləri Doktoru
  • Dəmir Gədəbəyli — Şair, filologiya elmləri doktoru, professor.
  • Süleyman Hüseynov — Partiya və dövlət xadimi.
40°33′56″ şm. e. 45°48′58″ ş. u.
Ölkə Azərbaycan
İnzibati mərkəzGədəbəy
İcra başçısıİbrahim Mustafayev
Tarixi və coğrafiyası
Sahəsi1 230 km²
Hündürlük1.849 m
Əhalisi
Əhalisi100 400  nəfər
Rəqəmsal identifikatorlar
ISO koduAZ-GAD
Telefon kodu+994 22
Poçt indeksiAZ 2100
Avtomobil nömrəsi21

Oxşar Xəbərlər