Gədəbəydə dolu təsərrüfata zərər vurub

İyl4,2021

Gədəbəy rayonunda güclü dolu yağıb, əkin sahələrinə və meyvə ağaclarına zərər vurub.

QİA.AZın məlumatına görə, dolu əsasən Başkənd və ətraf kəndlərdə fəsadlar törədib. On dəqiqədən çox davam edən dolu əkin sahələrinə, meyvə ağaclarına ziyan vurub. Hava şəraiti səbəbindən kənd yollarında nəqliyyatın hərəkətində də çətinliklər yaranıb. Sel suları sakinlərin əkin sahələrinə dolub, təsərrüfata ziyan dəyib.

Qeyd edək ki, hazırda bölgədə yağıntılı hava şəraiti müşahidə edilmir.

Oxşar Xəbərlər