Gələn il üçün Azərbaycanda yaşayış minimumunun məbləği açıqlanıb.
“QİA.AZ” xəbər verir ki, bu, 2021-ci il dövlət büdcənin layihəsində əksini tapıb.
Bildirilib ki, gələn il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır ki, bu da 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çoxdur.