Gələn il Rusiyadan Bakıya yeni aviareys açılacaq

Okt7,2021

Rusiyanın “Red Wings Airlines” aviaşirkəti 2022-ci ildə Yekaterinburqdan Bakıya reyslər həyata keçirməyi planlaşdırır.

QİA.AZ-ın məlumatına görə, bunu şirkətin baş direktoru Yevgeni Klyuçaryov deyib.

Onun sözlərinə görə, şirkət gələn il 30 beynəlxalq və regional istiqamətdə uçuşlar reallaşdırmağı hədəfləyib.

Qeyd edək ki, 2021-ci ildə “Red Wings Airlines” şirkətinə Saratov, Nijni Novqorod, Mineralnıe Vodı, Ufa, Omsk, Volqoqrad və Mahaçqaladan Bakıya uçuşlar üçün lisenziya verilib.

Oxşar Xəbərlər