2021-ci ildə “Brent” markalı neftin qiymətləri 40-45 ABŞ dollar ətrafında dəyişəcək.
QİA.AZ xəbər verir ki, “Moody’s” beynəlxalq reytinq agentliyinin növbəti hesabatına görə, orta perspektivdə qiymətlər 45-65 ABŞ dolları arasında, daha çox bunun aşağı həddinə yaxın olacaq.
Belədə istehsalçılar yaxın 3-5 il ərzində əsasən ucuz yataqların istismarına yönələcəklər. Belə ki, yüksək məsrəfli yataqların istismarı neftin 50-55 ABŞ dollarına satıldığı halda əlverişli hesab olunur.
Hazırda dünyada neft və neft məhsulları ehtiyatlarının həcmi böyükdür və azalması ləng gedir. Son vaxtlar qiymət artımı ABŞ-ın şist yataqlarında qazma işlərinin fəallaşmasına gətirib çıxarsa da, ölkədə hasilatın artımı üçün WTI markalı neftin 55 ABŞ dollarından artıq bahalaşması zəruridir.