Gəncə və Naxçıvan arasında uçuşların hərəkət istiqaməti dəyişdirilə bilər

təyyarə

Azərbaycanın Gəncə və Naxçıvan şəhərləri arasında uçuşların İran və Türkiyə üzərindən yerinə yetirilməsi uçuş müddətinin təxminən 2 dəfə artması və əlavə maliyyə xərcləri ilə nəticələnir.

“QİA.az”ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2020-ci ildəki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

“Son zamanlar regionda yaranmış vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılması nəzərdə tutulur”, – sənəddə qeyd olunur.

Oxşar Xəbərlər