Gəncə şəhərində dəm qazından ölüm hadisəsi baş verib.
“QİA.az”ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.
Belə ki, ana Leyla Məmmədova iki uşağı – Murad Məmmədov və Xədicə Məmmədova ilə birgə hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.