Gəncədə güclü külək fəsadlar törədib

May25,2024

Gəncədə güclü külək bir sıra fəsadlar törədib.

QİA.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarından əsməyə başlayan güclü külək şəhərin S.Rəhimov küçəsində iri gövdəli ağacı əsas yola aşırdıb.

Bundan başqa şəhərin bir neçə yerində də ağacları qırıb, şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Qeyd edək ki, hazırda Gəncə və ətraf rayonlarda küləkli hava şəraiti davam edir.

Oxşar Xəbərlər