Gəncədə iki nəfər dəm qazından zəhərlənib

Mar3,2024

Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

QİA.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

1975-ci il təvəllüdlü Gülmira Yusibova və 1992-ci il təvəllüdlü Ayxan Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs yaşadıqları evdə dəm qazından zəhərlənib.

Oxşar Xəbərlər