Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
QİA.AZ Reporta istinadən xəbər verir ki, BPİ-nin Nizami Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyektin sahibi Şahid Hacıyevlə yanaşı onun müştəriləri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq RPİ-nin ərazi üzrə Polis Bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.