Gəncədə mobil qruplar maarifləndirmə tədbirlərini davam etdirir

Noy26,2020
Gəncədə mobil qruplar maarifləndirmə tədbirlərini davam etdirir

Gəncədə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qabaqlayıcı görülür.

“QİA.AZ” xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işlərini davam etdirirlər.

Mobil qrupların üzvləri insanların sıx toplaşdığı ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirir, mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında əhalini karantin rejiminin tələblərinə əməl etməyə çağırırlar. Bununla yanaşı, onlar market və mağazalarda, geyim dükanlarında alıçı və satıcılarla söhbət edir, tibbi maskadan istifadə etməyin və sosial məsafə saxlamağın zəruriliyini bir daha xatırladırlar.

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

Oxşar Xəbərlər