Gəncədə piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən şəhər sakini 1967-ci il təvəllüdlü M.Məmmədovu vurub.
57 yaşlı kişi xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.