Gəncədə saxta alkoqollu içkilərin satışının qarşısı alınıb

Gəncə şəhəri, Tağı Arani küçəsi ilə Kimyaçılar küçəsinin kəsişməsində yerləşən ticarət obyektində yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı müəssisədə saxta alkoqollu içkilər aşkarlanıb.

Məhsulların bir sıra göstəricilərinin orijinaldan fərqləndiyi, başlıq hissələrinin butulkalara təkrar bərkidildiyi, hər bir butulkanın fərqli ölçüdə doldurulduğu, eyni zamanda məhsulların üzərində istehsal tarixlərinin qeyd olunmadığı aşkar edilib. Faktla bağlı həmin məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb.

Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Sınaq nəticələrinə əsasən nümunələrdə uyğunsuzluqlar aşkar edilib.

Araşdırmalar davam etdirilir.

Oxşar Xəbərlər