Gəncədə taksi sürücüləri arasında müştəri üstündə dava: İki nəfər bıçaqlandı

Gəncədə iki nəfər bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə yeni avtovağzal ərazisində qeydə alınıb.

1988-ci il təvəllüdlü Nadir Ciqarov və 1980-ci il təvəllüdlü Samir İsmayılov bud nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki şəxsə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə bıçaqlan şəxslərin arasında müştəri üstündə mübahisə yaranıb. Müsahisə zamanı onlar bir-birlərinə bıçaq xəsarətləri yetiriblər. Hər iki şəxs Bakı-Gəncə reysi ilə işləyən taksi sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər