Gəncədə velosipedçini vurub qaçan sürücü saxlanıldı

Gəncədə velosipedçini vurub qaçan sürücü saxlanıldı

Gəncədə yol qəzası törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb.

QİA.AZ xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə noyabrın 11-də saat 19 radələrində qeydə alınıb.

Gəncə şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə velosipedlə yolu keçən Gəncə şəhər sakini K.Ramazanov vurulub və o, xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21214” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini E.Məmmədov müəyyən edilərək saxlanılıb.

Oxşar Xəbərlər