“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi konfrans keçirib

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin IV Hesabat-Seçki Konfransı keçirilib.

QİA.AZ xəbər verir ki, konfransda Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor müavini Qədir Xəlilov, Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Samir Mehralıyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarə edilməsi üzrə meneceri Həsən Səmədov, UNİCEF Azərbaycanın “Gənclər və Yeniyetmələrin İnkişafı” üzrə mütəxəssisi Natik Umarov, gənclər təşkilatları rəhbərləri və birliyin üzvləri iştirak edib.

Birliyin keçmiş sədri Rüfət Qazızadə 2021-2023-cü illər ərzində həyata keçirilən layihələrin hesabatını təqdim edib. Hesabatdan sonra yeni idarə heyəti və idarə heyəti sədri seçkisi keçirilib.

Aynurə Salmanlı səs çoxluğu ilə “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin yeni sədri seçilib.

Qeyd edək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 2012-ci il avqustun 30-dan Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olub, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Oxşar Xəbərlər