Parisdə keçirilən Olimpiya Oyunlarında gender testindən keçməyən tayvanlı boksçu Lin Yutin 57 kq çəki dərəcəsində 1/8 finalda Özbəkistan təmsilçisi Sitora Turdibekovaya qalib gəlib.
QİA.az “RİA”-ya istinadən xəbər verir ki, döyüş üç raund davam edib və Lin Yutinin yekdil qələbəsi ilə yekunlaşıb – 5:0.
İtaliyanın baş naziri Giorgia Meloni döyüşdən sonra bildirib ki, kişi genetik xüsusiyyətləri olan idmançılar qadınların yarışlarına buraxılmamalıdır.