George Haci Rumıniya millisində işləməkdən imtina edib

Rumıniya futbolunun canlı əfsanəsi George Haci ölkəsinin milli komandasından gələn baş məşqçi təklifini rədd edib.

QİA.az xarici mətbuata istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Rumıniya Futbol Federasiyasının (RFF) rəhbəri Razvan Burleanın istəyinə müsbət cavab verməyib. O, hazırda çalışdığı “Farul” klubunda qalacağını deyib.

Məlumata görə, RFF Mirça Luçesku ilə danışıqlara başlayacaq.

Rumıniya millisini son olaraq Edvard Yordanesku çalışdırıb. O, Almaniyada keçirilmiş Avropa çempionatından sonra komandadan ayrılıb.

Qeyd edək ki, George Haci 2001-ci ildə də Rumıniya millisinin baş məşqçisi olub.

Oxşar Xəbərlər