Georgi Nikolov Azərbaycanı təbrik etdi

Georgi Nikolov Azərbaycanı təbrik etdi

Bakının “İnter” (hazırkı “Keşlə” – T.Q) klubunun sabiq prezidenti Georgi Nikolov Azərbaycanı qələbə münasibəti ilə təbrik edib.

“QİA.AZ”ın məlumatına görə, bolqarıstanlı funksioner bu barədə feysbuk hesabındakı paylaşımında bildirib.

“Qələbən mübarəkdir, Azərbaycan! Xalqınız üçün sülh və firavanlıq arzulayıram!”, – deyə Nikolov yazıb.

Qeyd edək ki, Georgi Nikolov 2006 – 2015-ci illərdə “İnter” klubunun prezidenti olub. Onun dövründə paytaxt təmsilçisi iki dəfə (2007/2008, 2009/2010) Azərbaycan çempionu, gümüş (2008/2009) və bürünc (2012/2013) mükafatçı, eyni zamanda Birlik Kubokunun (2011) qalibi olub.

Oxşar Xəbərlər