“GMD” faydalı layihələrinə davam edir-Foto

Dövrümüzün ən populyar və hər kəs tərəfindən maraq görən mövzularından olan “Şəxsi
İnkişaf”, “Liderlik”, “Özgüvənin yaradılması”, “İlkin Tibbi Yardım Bacarıqları”, “İngilis dili
bacarıqlarının artırılması” təlimləri və “GMD Academy İncəsənət sahəsi” çərçivəsində
keçirilən dərslər iştirakçılarda böyük maraq oyadıb. Layihələrdə ümumilikdə 300+ gənc əhatə olunub.
Bununla yanaşı gənclərimizin asudə vaxtlarını səmərəli idarə etməsi məqsədi ilə “Suraxanı
Gəmi Muzeyi”, “Şöhrət Muzeyi”, “Hərbi Qənimətlər parkı” və “Azərbaycan Hərb Tarixi
Muzeyi”nə ekskursiyalar, İdman Həftəsi çərçivəsində “Şahmat” və “Voleybol” turniri baş
tutub.
Əlavə olaraq, Birlik tərəfindən “Vətənpərvərlik ayı” elan edildi və bu ay çərçivəsində
“Yurdum Qarabağ İntellektual oyunu”, “Topoqrafiya oyunu” və “Vətən Müharibəsi
Qəhrəmanları ilə görüş” həyata keçirilib.

Oxşar Xəbərlər