GMD Mingəçevir və Gəncə şəhərlərində-FOTO

GMD tərəfindən gənclik qatarının növbəti stansiyası 2023-cü ilin “Gənclər Paytaxtı” olan Mingəçevir və Gəncə şəhərləri olub.
İdarə heyəti və “safavy.org” onlayn təhsil platformasının icraçı direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, təlimçi Könül Quliyeva ilə birlikdə 19 İyul tarixində, Mingəçevir Gənclər Evində, 20 İyul tarixində isə Gəncə Gənclər
Evində layihələr həyata keçirdib. Startap bacarıqları , təşəbbüskarlıq, startap ideyasının yaradılması, innovativ düşünmə bacarığı, layihənin yazılması və idarə edilməsi
mövzularını əhatə edən təlim sessiyaları interaktiv şəkildə baş tutub.
Təlim sessiyalarının sonunda iştirakçılar sertifikatla mükafatlandırıldı və aktivliyi ilə fərqlənən 2 gənc “safavy.org” online təhsil platformasının kurslarında ödənişsiz şəkildə iştirak hüququ qazanıb.
Əlavə olaraq qeyd etmək istərdik ki, layihə “Heydər Əliyev ili”
çərçivəsində həyata keçirildi.

Oxşar Xəbərlər