Bu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 mlrd 585,5 mln manat təşkil edib.
“QİA.AZ” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,5% azdır.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 8,6 % azalaraq 912,995 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 8,2 % azalaraq 2 mlrd 511,1 milyon manat, aksizlər üzrə daxilolmalar 44,5 % azalaraq 128,129 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 19,9 % azalaraq 33,321 milyon manat olub.