2021-ci ilin fevralında Azərbaycanın internet bazarında “Google Chrome” brauzerinin payı yanvar ayı ilə müqayisədə 0,21 faiz artıb.
QİA.AZ bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.
Statistikaya əsasən, “Chrome” brauzerinin bazarda payı 77,9 faiz təşkil edib.
“Safari” brauzerinin yanvar ayında payı dekabrla müqayisədə 1,12 faiz azalaraq 9,36 faiz təşkil edib.
“Samsung Internet” brauzerinin payı 0,05 faiz artaraq 5,05 faizə bərabər olub.
Eyni zamanda, yanvar ayında “Opera” brauzerinin internet bazarında payı 1,09 faiz artaraq 4,35 faiz təşkil edib.
“Yandex Browser” brauzerinin payı 0,1 faiz artaraq 1,22 faiz, “Microsoft Edge”in payı 0,85 faiz, “Mozilla Firefox”un payı 0,75 faiz təşkil edib.