ABŞ-ın texnologiya nəhəngi “Google” şirkəti onlayn reklamlarda inhisarçı mövqeyinə görə Fransanın dövlət büdcəsinə 220 milyon avro (268 milyon dollar) cərimə ödəyəcək.
“QİA.az” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bununla yanaşı, “Google” reklam menecmenti platforması “Ad Manager”in 3-cü tərəflərlə işini yaxşılaşdırmaq barədə öhdəlik götürüb.
Qeyd edək ki,Fransa hökuməti “Google”dan başqa “Apple”, “Facebook” kimi böyük texnologiya şirkətlərinin onlayn reklam fəaliyyətlni də araşdırır.
Xatırladaq ki, 2019-cu ildə də Fransa hökuməti “Google”un bazardakı üstün mövqeyindən sui-istifadə etdiyi üçün şirkəti 150 milyon avro cərimələmişdi.