Goranboyda 47 yaşlı kişini ildırım vurub öldürdü

May29,2021

Goranboy rayonunda ildırım 47 yaşlı kişini vuraraq öldürüb.

Hadisə rayonun Ballıqaya kəndində qeydə alınıb. Kənd ərazisindəki yaylaqda mal-qara otaran Laçın rayon sakini, 47 yaşlı Əhməd Əhmədovu ildırım vurub. O, hadisə yerindəcə ölüb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər