Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var

İyl1,2021

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi olub.

“QİA.az”ın məlumatına görə, hadisə rayonun Veyisli kənd ərazisində qeydə alınıb.

Belə ki, iki avtomobil toqquşub. Nəticədə 3 nəfər – 1987-ci il təvəllüdlü Qəribə İsmayıl qızı İbrahimova, 2000-ci il təvəllüdlü Rəşad Mehman oğlu Qurbanov və daha bir sərnişin (adı hələlik məlum deyil) müxtəlif bədən xəsarətləri alıb. Hər üç yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər