Goranboyda qanunsuz ov edən şəxslər saxlanıldı

Goranboy rayonunda qanunsuz ov edən şəxslər aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan “QİA.AZ”a verilən məlumata görə, rayonun Düzqışlaq kəndi ərazisində qanunsuz ov edən kənd sakini Müzadil Hüseynov Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq RPŞ-yə gətirilib.

RPŞ-də ondan müvafiq sənədləri olmayan, 16 kalibirli ov tüfəngi və 4 ədəd patron götürülüb.

Davam etdirilən tədbirlər nəticəsində rayonun Dəliməmmədli şəhər sakini Yusif Yusifovun da müvafiq sənədləri olmayan İJ markalı, 12 kalibirli ov tüfəngi ilə rayon ərazisində qeyri-qanuni ovçuluqla məşğul olması aşkar edilib.

Hər iki faktla bağlı araşdırma davam edir.

Oxşar Xəbərlər