Göyçayda qələbə xəbəri ruh yüksəkliyi ilə qarşılanıb

Noy12,2020
Göyçayda qələbə xəbəri ruh yüksəkliyi ilə qarşılanıb

Göyçay rayonunda gənclər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qələbə xəbərini ruh yüksəkliyi ilə qarşılanır.

QİA.AZ bildirib ki, “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, gənclər əllərində üç rəngli Azərbaycan bayraqları ilə yürüş edərək “Qarabağ Azərbaycandır”, “Yaşasın Ali Baş Komandan”, “Zəfər bizimlədir” şüarları səsləndiriblər.

Bundan başqa gənclər Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önündə Azərbaycanın Dövlət Himnini səsləndiriblər. Gənclər Şəhidlər Xiyabanına kimi davam edən yürüş zamanı müxtəlif şüarlar səsləndirərək qələbə sevinclərini ifadə ediblər.

Oxşar Xəbərlər