Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.QİA.AZ bildirib ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un Yuxarı Şirvan bürosuna verilən məlumata görə, rayonun Kürdəmiş kənd sakini Nicat Babaşov COVİD-19 virusuna yoluxduğu üçün ev şəraitində müalicə təyin edilib və qaydalar ona izah olunub. Lakin N.Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib və virusun yayılmasına şərait yaradıb.Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilib və və dərhal yaşadığı ünvana geri qaytarılıb.
N.Babaşov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.