Göygöl milli parkında “açıq qapı” günü keçiriləcək

Mar31,2021
Göygöl

Göygöl milli parkının yaranması günü ilə əlaqədar aprelin 1-də milli parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parka giriş haqqından azad olunacaq.

Bu barədə “QİA.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir:

Gözəlliyi və füsunkarlığı ilə diqqət çəkən Göygöl milli parkının mənzərəli təbiətini görmək istəyən hər kəsi milli parka dəvət edirik.

Təbiətin oyanışını, baharın göz oxşayan görüntülərini müşahidə etmək, torpaqda baş qaldıran yeni cücərtilərin, bənövşə və nərgiz güllərinin özünəməxsus ətrini duymaq, füsünkar gözəlliklərdən həzz almaq istəyirsinizsə Göygöl milli parkına səyahət edin!

Qeyd edək ki, Göygöl milli parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə yaradılıb.

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər