Göygöldə sərxoş sürücü avtomobilini aşırıb

Göygöl rayonunda “VAZ-21021” markalı avtomobil yoldan çıxaraq aşıb.

“QİA.az”ın məlumatına görə, hadisə Göygöl rayonunun girişində qeydə alınıb.

Hərəkətdə olan “VAZ-21021” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Gəncə şəhər 3 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyəti kafidir.

Sürücünün sərxoş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər