GUAM-ın müşahidə missiyası sentyabrın 1-də Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərini izləyəcək.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a GUAM-ın katibliyindən məlumat verilib.
Bildirilib ki, 5 nəfərdən ibarət olacaq nümayəndə heyətinə GUAM-ın Baş katibi Altay Əfəndiyev, Ukrayna Ali Radasının deputatı Mixail Papiyev, Gürcüstan parlamentinin deputatı David Matikaşvili, həmçinin GUAM Katibliyinin proqram koordinatorları Səbuhi Tamirov və Teymuraz Kiladze daxildir.
GUAM-ın müşahidə missiyası səsvermədən sonra seçkinin nəticələrinə dair hesabat yayacaq.