GUAM ölkələri arasında azad ticarət zonasının inkişafı məsələsi ətrafında fikir mübadiləsi aparılıb

GUAM Milli Əlaqələndiricilər Şurasının 63-cü iclası keçirilib.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, Ukraynadakı mövcud vəziyyətlə bağlı dekabrın 1-də Milli Əlaqələndiricilər Şurasının 63-cü iclası onlayn şəkildə keçirilib.

Görüş zamanı tərəflər 2023-cü ildə nizamnamə və işçi orqanların fəaliyyəti, əsas iqtisadi layihələrin inkişafı, eləcə də Konsulluq Konvensiyasının həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

İclasda GUAM ölkələri arasında siyasi təmasların genişləndirilməsi, beynəlxalq təşkilatların GUAM-la əməkdaşlığı məsələləri müzakirə olunub. Bundan başqa, GUAM nəqliyyat dəhlizinin texniki və iqtisadi əsaslandırılmasının həyata keçirilməsi, Avropa İttifaqının buna dəstəyi, GUAM ölkələri arasında azad ticarət zonasının inkişafı məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Əlaqələndiricilər Şurası Ukraynanın GUAM-da sədrliyinin yekunlarını və Azərbaycanın sədrliyinin prioritetlərini nəzərdən keçirib.

Oxşar Xəbərlər