Güclü qar İsmayıllıda elektrik enerjisinin verilişində problemlər yaradıb

Yan20,2021

Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb.

“QİA.AZ” xəbər verir ki, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb.

Elektrik verilişində yaranmış kəsilmələr qısa müddət ərzində bərpa edilib. Eyni zamanda güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.

Qeyd edək ki, hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb.

Oxşar Xəbərlər